Hazırda “Azəriqaz”da sovet dövründəki kimi qış-yay mövsümü yoxdur. İndi istər əhali, istərsə də qeyri-əhali sektoruna qazın verilişi tələbata uyğun olaraq tənzimlənir. Amma noyabr ayının 15-dən qazanxanalar fəaliyyətə başlayacağından verilən qazın həcmi artırılacaq.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.Onun sözlərinə görə, qış mövsümünün gəlişi ilə bütün tədbirlər görülüb:“Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümündə problemlər meydana gəlməməsi üçün 347 bənddən ibarət tədbirlər planı hazırlanaraq təsdiq olunub. Ümid edirik ki, abonentlərimiz üçün ciddi bir problem yaranmayacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !