2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib. Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını "Azəriqaz” İstehsalat Birliyi də anlayışla qəbul edir: "Ölkədə sahibkarlığın inkişafına Birliyimiz də həssaslıqla yanaşır və buna görə də istixana sahibləri üçün növbəti dəfə ödənişlərini icra etməkdə güzəştli variantın tətbiqinə təşəbbüs göstəririk. Belə ki, istixanalar mövcud borclarının 50 %-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər.
Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !