Azəriqaz son 9 ayda nə qədər qaz satıb? - RƏSMİ

14:24 | 14.10.2021
Azəriqaz son 9 ayda nə qədər qaz satıb? - RƏSMİ

Azəriqaz son 9 ayda nə qədər qaz satıb? - RƏSMİ

"Azəriqaz" İB 2021-ci ilin 9 ayında 4. 597 milyard m3 qaz satıb, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 10.3 faiz artım deməkdir. 2020-ci ilin 9 ayında qaz satışı 4.109 milyard m3 təşkil edib. 
 
Bu barədə anews.az-a müsahibəsində "Azəriqaz" İB rəhbəri Ruslan Əliyev məlumat verib. 
 
2021-ci ilin 9 ayında satılan qazın 2,073 milyardı m3 qeyri əhalinin, 2.524 milyard m3 isə əhalinin payına düşür. 2020-ci ilin eyni dövründə isə qeyri-əhaliyə 1.717 milyard m3, əhaliyə isə 2.524 milyard qaz satılıb. 
 
2020-ci illə müqayisədə 2021-ci ilin 9 ayında qazın satışında 488 milyon artım var. Bu artımın da 356 milyon m3 qeyri əhalinin, 132 milyonu isə əhalinin payına düşür.


Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb