"Azərişıq" AMEA-nın işığını kəsib

23:09 | 23.01.2018

"Azərişıq" AMEA-nın işığını kəsib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Apa xəbər verir ki, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq" ASC-yə 22 965 manat borcunun olması göstərilir.

"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev APA-ya verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (DETİ) əsasında SSRİ Elmlər Akademiyası (EA) Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM