• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Azərişıq” "ASAN Xidmət” mərkəzləri indi Gəncə və Qəbələdə

“Azərişıq”
26.08.2016 13:45
"Azərişıq” ASC "ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir.

ASC-dən Trend-ə verilən məlumata görə, "Azərişıq" ASC "ASAN xidmət” mərkəzləri ilə iki ildən artıq müddətdə fəaliyyət göstərməkir. Hazırda Bakı şəhərində 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə "ASAN xidmət” mərkəzlərində "Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir.

Müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-ci ilin avqust ayından etibarən Gəncə və Qəbələ "Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzlərdə abonentlər "Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.

Hazırda "Azərişıq” ASC "ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:

- Borcun olmamasına dair arayışın verilməsi,

- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

- Qeyri əhali üzləşmə aktların verilməsi.

- Borcun araşdırılması xidmətlərini göstərir.

"Azərişıq” ASC-nin "ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümkündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər "Azərişıq” ASC-nin elektron saytı üzərindən "azerishiq.az” online qaydada da həyata keçirilir.

"Azərişıq” ASC abonentlərə tövsiyə edir ki, elektrik enerjisinə görə ödəmələri qurumun Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Eyni zamanda, internet üzərindən "azerishiq.az” saytı vasitəsilə "onlayn” rejimdə də ödəniş edə bilərlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol