“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

13:37 | 07.11.2024
“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar "Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib, Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah, struktur bölmələr üzrə işçi qruplar yaradılıb. Bu barədə   "Azərişığ” məlumat yayıb.
 
 "Azərişıq” və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı təşkili məqsədilə mərkəzi qərargah və yerli sruktur bölmələrin  əlaqələndirilməsi təmin edilib.

Bundan əlavə "Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunub. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilib.

Bakı başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib.
 
Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə "199” Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırıb. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal "Azərişıq” ASC-nin "199” Çağrı Mərkəzi, rəsmi "Facebook” və "İnstagram” səhifələrinə müraciət etmələri xahiş olunur.
 
24 saat fasiləsiz fəaliyyət göstərən "199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM