Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Anews.az bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !