Bu ümumi qaydada olan məsələdir, yəqin ki, öz aramızda bunu həll edəcəyik.
Bunu "Report"a açıqlamasında "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev "Azərişığ"ın "Azərenerji"yə olan borcu ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Borcun məbləğini açıqlamayan "Azərenerji" rəhbəri "Azərenerji"nin Türkiyə enerji bazarına girməsindən xəbərsiz olduğunu deyib:
"Bu barədə mənim xəbərim yoxdur".
Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında isə qeyd edib ki, "Azərenerji" yeganə qurumdur ki, götürdüyü kreditləri özü qaytarır. İşçilərin maaşının gecikməsinə aydınlıq gətirən ASC rəhbəri bunun bir sıra səbəblərdən asılı olduğunu deyib: "Bir sıra səhələrdə yubanmalar oldu, ona görə də maaşlar bir aya qədər gecikdi".
E.Pirverdiyev təmsil etdiyi qurumun vergi borcların əsas hissəsinin ötən illərdən qaldığını deyib: "Biz hər il birbaşa olaraq Vergilər Nazirliyinə 150 mln. Manata qədər pul ödəyirik. Hələ mən sosial vergiləri buna aid eləmirəm. Borcların çoxu kolxoz-sovxoz dövründən qalıb. Hər il də onun üzərinə 36% əlavə borc gəlir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !