"Azərişıq" Xankəndini elektrik enerjisi ilə təmin etmir

13:41 | 03.02.2023

"Azərişıq" Xankəndini elektrik enerjisi ilə təmin etmir

Azərbaycan hazırda Xankəndini enerji təminatı ilə təmin etmir, bunu "Azərişıq" ASC-nin bu gün keçirilən mətbuat konfrasında Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
 
"Bizim ölkəni bütün elektrik enerjisi ilə təmin etmək imkanlarımız var. Sadəcə hazırda biz bu işi icra edən tərəf deyilik. Xankəndinə elektrik enerjisi Ermənistan tərəfindən təmin edilir"- Məmmədzadə bildirib. 
 
Dekabrın 12-də bir qrup azərbaycanlı ekoloqların Laçın dəhlizində aksiyas keçirməsindən sonra Ermənistan mətbuatı xəbər yayaraq bildirib ki, Azərbaycan tərəfi Xankəndində vətəndaşlara verilən elektrik enerjisini və qazı kəsib. Azərbaycan tərəfi dəfələrlə bunun Azərbaycan tərəfdən icra olunmamasını açıqlasa da Ermənistan mediası iddia edərək bu prosesdə Azərbaycanı ittiham edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti