"Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”.
Bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı son günlər sosial şəbələlərdə yayılmış videonu şərh edərkən deyib.
"Bildiyiniz kimi Operativ Qərargah ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasını qadağan edib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən "Azərişıq” da bu təşəbbüsdən kənarda qala bilməzdk. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”, - deyə T.Mustafayev qeyd edib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə "Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, "Azərişıq” əməkdaşına təşəkkür edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !