“Azərişıq” Bakıda işıqlı bayram günləri vəd edir

12:50 | 18.03.2015
“Azərişıq” Bakıda işıqlı bayram günləri vəd edir

“Azərişıq” Bakıda işıqlı bayram günləri vəd edir

"Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Oxu.Az-a "Azərişıq” ASC-dən verilən məlumata görə, bununla əlaqədar ASC-nin sədri Baba Rzayev tərəfindən xüsusi tapşırıq imzalanıb.

Belə ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin  fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə "Azərişıq” ASC-nin Mərkəzi aparatı və Rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərinin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcəkdir.

Abonentlərdən istər şəhərlərdə, istərsə də rayon, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar 199 saylı telefonla "Qəza Xidməti”nə məlumat vermələri xahiş olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM