• $
  • £

"Azərkontrakt"ın xalis mənfəəti azalıb

26.07.2024 15:46
"Azərkontrakt" ASC-nin  2023-cü ildə xalis mənfəəti 2022-ci ildəki 106 milyon 400 min manatdan  41 milyon 703 min manat kimi azalıb. Bu barədə  Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2023-cü ilin maliyyə vəziyyət barədə  hesabatda bildirilib. 
 
Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti  Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsus olmaqla keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılıb. 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il yanvarın 1-dən qaz istehsalçılarından satın alınması, onun nəqli, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili "Azərkontrakt” ASC-yə həvalə edilib. 
 
Son hesabata görə,  keçən il  şirkətin öhdəlikləri 21 milyon 995 min manat və ya 6% artaraq 363 milyon 087 min manata, balans kapitalı isə 41 milyon 703 min manat və ya 18 % artaraq 273 milyon 312 min manata təşkil edib. 

Ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 520 milyon 829 min manat, satışının maya dəyəri 1 milyard 383 milyon 597 min manat , nəqletmə xərcləri 76 milyon 562 min manat , qazın yeraltı anbarlara vurulması xərcləri 13 milyon 133 min  manat, anbarlardakı itkilərə görə zərəri 7 milyon 505 min manat , anbarlardan qazın götürülməsi xərcləri 12milyon 096 min manat , magistral xətlərdəki itkilərə görə zərəri 4milyon 512 min manat , texnoloji sərfiyyat xərcləri 2 milyon 091 min manat , işçi heyəti ilə bağlı xərcləri 2 milyon 554 min manat , tranzit haqları xərci 156 min manat , qaz nəqlindən gəlirləri 34milyon 101 min manat , faiz gəlirləri 2milyon 768 min manat,  faiz xərcləri 33 min manat , digər xərcləri 2 milyon 931 min manat , mənfəət vergisi ödəmələri isə 10milyon 827 min manat olub. 
 
Ötən il 2022-ci illə müqayisədə ASC-nin təbii qaz satışından gəlirləri 153 milyon 886 min manat (9%), satışının maya dəyəri 1 milyard 25 milyon 12 min manat (2%) azalıb , nəqletmə xərcləri 1 milyon 916 min manat (3%) artıb , qazın yeraltı anbarlara vurulması xərcləri 546 min manat (4%) azalıb, anbarlardakı itkilərə görə zərəri 244 min manat , anbarlardan qazın götürülməsi xərcləri 819 min manat (7,3%) artıb , magistral xətlərdəki itkilərə görə zərəri 281 min manat (6%) azalıb, texnoloji sərfiyyat xərcləri 142 min manat (7%) , işçi heyəti ilə bağlı xərcləri 1 milyon 396 min manat (2,2 dəfə) , tranzit haqları xərci 97 min manat (2,6 dəfə) artıb.

Ötən il "Azərkontrakt"ın aktivləri 636 milyon 399 min manat olub.  Bu da illik müqayisədə təxminən 63 milyon 698 min manat 11% çoxdur.

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol