“Azərkosmos”a müvəqqəti bu şəxs rəhbərlik edəcək

11:01 | 28.01.2021
“Azərkosmos”a müvəqqəti bu şəxs rəhbərlik edəcək

“Azərkosmos”a müvəqqəti bu şəxs rəhbərlik edəcək

"Azərkosmos” ASC-nin, yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub.

Səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib.

O, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə "Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb