Azərbaycan Kosmik Agentliyinə (Azərkosmos) 2024-cü ildə dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 75 milyon manat vəsait ayrılacaq. Bu barədə Maliyyə Nazirliyi
2023-cü ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 272 milyon 605,88 min manat olub. 2023-cü ilin dövlət büdcəsində "Azərkosmos”un nizamnamə kapitalının artırılması üçün 103 milyon manat nəzərdə tutulub.
"Azərkosmos” 2024-cü ildə borc öhdəliklərini tənzimləmək üçün nizamnamə kapitalını artırmaq üçün dövlət büdcəsindən 75 milyon manat alacaq”, - mazirliyin məlumatında bildirilib.
"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmət almaq üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !