“Azərkosmos”un ixrac gəlirləri azalıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu da əvvəlki illə müqayisədə 2 ölkə çox və 1,3 milyon ABŞ dolları (6,6 %) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.
2024-cü ildə "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
2024-cü ilin ilk 10 ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,3% azdır.
Təkcə oktyabrda "Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Təkcə oktyabrda "Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Aytac
www.anews.az