• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Azərlotereya"nın dəstəyi ilə "Everest" intellektual oyunları davam edir

05.02.2025 13:22
"Azərlotereya" ASC-nin dəstəyi ilə ölkənin ən populyar intellektual əyləncə platformalarından biri olan "Everest" fəaliyyətini daha da genişləndirir.
 
Məqsəd ölkədə intellektual əyləncə mədəniyyətinin inkişafına və bilik yarışlarının populyarlaşmasına töhfə verməkdir. Belə təşəbbüslərə dəstək göstərmək cəmiyyətin maariflənməsi və yaradıcı düşüncənin təşviq olunması baxımından böyük əhəmiyyətə malikdir.
 
2017-ci ildən fəaliyyət göstərən "Everest"də hər həftənin ikinci günü intellektual oyunlar təşkil olunur. Yarışlar istənilən yaş kateqoriyasından olan iştirakçılar üçün açıqdır. Oyunlara həm fərdi şəkildə, həm də şirkətlərin korporativ komandaları olaraq qatılmaq olar. Yarışlarda iştirak komanda ruhunu gücləndirməyə və əməkdaşlar arasında intellektual rəqabətə imkan yaradır.

"Everest"də hər həftə 40-dan çox komanda iştirak edir. İlk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılır.

"Azərlotereya" ASC artıq 3 mövsümdür ki, Peşəkar İntellekt Liqasının da sponsorudur. Şirkət gələcəkdə də intellektual oyunların inkişafına yönəldilmiş fəaliyyətini davam etdirəcək
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol