“Azərpoçt” məktubları insanlara niyə GEC ÇATDIRIR?

19:40 | 07.08.2017
“Azərpoçt” məktubları insanlara niyə GEC ÇATDIRIR?

“Azərpoçt” məktubları insanlara niyə GEC ÇATDIRIR?

Son vaxtlar "Azərpoçt” MMC-nin xidmətində gecikmələr vətəndaşlarda narazılıq yaradıb. Saytımıza müraciətlər əsasən, problem daha çox rəsmi, məhkəmə qərarlarının çatıdırılması ilə bağlı olur. Bəzən məktubların 2 həftəyə qədər gecikdirilməsi vətəndaşları çətin vəziyyətdə qoyur. Çünki bu qərarların gecikdirilmiş formada çatdırılması bir çox hallarda maddi ziyanla da nəticələnir.

Gecikmələrin səbəbi ilə əlaqədar olaraq "Azərpoçt”MMC ilə əlaqə saxladıq.

MMC-nin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Publika.az-a açıqlamasında bildirib ki, qurumun fəaliyyətində xüsusi gecikmələrlə bağlı onlara müraciət daxil olmayıb: "Bütün poçtalyonlar rayonlar üzrə sistemli şəkildə fəaliyyət göstərirlər. Bəzən vətəndaşlar vaxtında çatdırılması üçün ödənişli "Azərekspresspoçt”dan istifadə edirlər. Müəyyən səbəblərdən bəzi hallarda məktubların çatdırılmasında gecikmə ola bilir. Bu da hər hansı qurum ərazisini dəyişəndə bu barədə bizə məlumat verməyəndə yaşana bilir. Çünki poçtalyon əraziyə çatdırana və dəqiq yeri müəyyən edənə qədər bir neçə gün gecikmə olur. Xüsusi şikayət və gecikmələrlə bağlı müraciət daxil olmayıb”.

G.Gözəlova bu cür problemlə qarşılaşanlar "Call Center”, "Şəbəkə” xidmət mərkəzlərinə, 493-56-00 nömrəsinə müraciət edənlər olduğunu dedi: "Mərkəzi Poçta belə müraciətlər olduğu halda məktubun gecikmə səbəbini izləyə bilirik. Müraciət daxil olan kimi məktub, bağlamanın hansı şöbə və filialda olması ilə bağlı məlumat əldə edirik. Problem anında həll edilir. Ola bilər ki, vətəndaşlar problem yaşasın, problemlər olsun. Lakin xüsusi problemli vətəndaş bizə müraciət etməyib. Bəzən ərazinin tapılması və başqa səbəblərdən 1 günlük gecikmə ola bilər. Lakin bizim çatdırmamızdakı gecikmə ilə bağlı vətəndaşa ziyan dəyməsi halı ilə qarşılaşmamışıq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti