“Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 22,3% artıb

16:32 | 25.04.2024
“Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 22,3% artıb

“Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 22,3% artıb

2024-cü ilin martın sonunda dövriyyədə olan "Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı 17 milyon 421 min ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Ötən aya nəzərən isə bu kartların sayı 78 min ədəd artıb.
 
Hesabat dövründə ödəniş kartlarında artım debet kartlar üzrə 22,8%, kredit kartları üzrə 18,9% təşkil edib.
 
Məlumata görə, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir edib.
 
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb.
 
Hesabat zamanı kartlar ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 5697 milyon manat olub, ödənişlərin 4737 milyon manatı elektron ticarətin, 952 milyon manat POS-terminalların, 8 milyon manat isə özünə xidmət terminallarının payına düşüb.
 
2024-cü ilin martında ötən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayı 2,7%, POS-terminalların sayı isə 13,7% artıb.
 

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM