“Azərspace-2”dən xəbər var

12:34 | 08.05.2014
“Azərspace-2”dən xəbər var

“Azərspace-2”dən xəbər var

“Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma bu ilin ortasında hazırlanacaq. ANN.Az-ın Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərkosmos” ASC-dən bildirilib ki, ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb. Keçirilən müsabiqədə ABŞ-ın “Global Resources” şirkəti məsləhətçi şirkət seçilərək qalib elan edilib.Bundan başqa, Yerin müşahidə peyklərindən kosmik təsvirlərin əldə edilməsinə imkan verən stansiyanın qurulması və digər ölkələrin yüksək ayırdetməli optik və radar peyklərinin regionumuz üzərindən keçidləri zamanı həmin stansiya vasitəsi ilə təsvirlərin əldə edilməsi məqsədilə tenderin nəticələrinin qiymətləndirilməsi işləri aparılır:“Bununla yanaşı, Yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarına optik və radar peyk təsvirlərinin kommersiya əsası ilə təchiz edilməsi imkanı yaradılıb. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində də işlərimizi davam edirik”.Qeyd edək ki, hazırda ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən 60-dan çox yerli və xarici televiziya kanalı yayımlanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM