“Azərsu” 4 milyon manatlıq 4 tenderə yekun vurdu

"Azərsu” ASC nasosxanalarda elektrik təchizatına dair görüləcək işlərin (1), su sərfölçən cihazların quraşdırılmasına lazım olan mal-materialların (2), Oğuz-Qəbələ-Bakı su kəmərinin quyuları və regionlarda istismar olunan modul tipli sutəmizləyici qurğular üçün nasos aqreqatların (3), eləcə də avtomatika sahəsinə lazım olan avadanlıq və mal-materialların (4) satın alınmasıilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.
Anews.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Katri”, "Universal Pro”, "Kaskad-Hidro” və "Maybo” MMC-lərdir.
www.anews.az