“Azərsu” ASC-nin abonentlərinin sayı artıb

17:31 | 14.09.2023
“Azərsu” ASC-nin abonentlərinin sayı artıb

“Azərsu” ASC-nin abonentlərinin sayı artıb

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 2023-cü ilin əvvəlindən bu günə kimi 3,4% artıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.
 
Cari ilin sentyabrın 1-dən ölkə üzrə 1808538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
 
Abonentlərin 1736490 və ya 96%-i əhali, 72048 və ya 4%-i isə qeyri-əhali qrupu abunəçiləridir.

Bu il abonentlərin 89,3%-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1%, qeyri əhali qrupu üzrə isə 95,5% təşkil edib.
 
2023-cü ilin birinci rübündə 1500 yaxın ünvanda su yoxlamalari aparılıb. Bunu Azərsu ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı "Su təminatı, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması ilə bağlı Tədbirlər Planının icrası" mövzusunda keçirilən brifinqdə deyib.
 
O bildirib ki, bu dövr ərzində 79 şəbəkəyə qanunsuz qoşulma halı aşkarlanıb, 78 ünvanda isə sayğacın işləməməsi  müəyyən olunub. 

Prezident İlham Əliyev bu il "Azərsu”ya 12 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM