Anews.az xəbər verir ki, yağışın bu cür ciddi fəsadlar yaratmasının səbəbi haqqında musavat.com-a danışan "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl bildirdi ki, 1 saat ərzində Bakıya aylıq yağıntı normasından daha artıq yağış yağıb: "Qısa müddətdə intensiv və leysan xarakterli yağış bəzi yerlərdə fəsadların yaranmasına səbəb oldu. Bəzi ərazilərdə bizim xətlərimizin bu suları daşımağa gücü çatmadı. Ona görə də biz məcburiyyət qarşısında qalıb Bulvar ərazisindən keçən sənayə kollektorunu açmalı olduq. Bu istiqamətdə iki nöqtədə təxliyə xətlərimiz var. O xətlər vasitəsilə suları dənizə buraxdıq ki, bu sistem suları götürə bilsin. Yəni, suyun həcminin həddindən artıq çox olması müəyyən ərazilərdə yığılmalara səbəb oldu. Bununla belə, bizim Bakı Su Kanal İdarəsi, rəhbərləri də daxil olmaqla ərazilərə cəlb olundular. Hazırda da bizim layihə departamentinin əməkdaşları da ərazidə işləyirlər. Fəsadlı yerlərdə suyun yığılmasının səbəblərini araşdırırlar. Həlli yolları ilə bağlı yəqin ki, təkliflər hazırlayacağıq.
A.Cəbrayıl onu da vurğuladı ki, suyun belə fəsadlar verməsinin səbəbi qısa zamanda yağıntının miqdarının həddindən artıq çox olmasıdır: "Bakıya aylıq normanın 122 faizi qədər yağıntı düşüb. Sentyabr ayında yağıntının orta göstəricisi 17 mm-dir. Ancaq yarım saat ərazində 21 mm yağıntı düşüb. Yəni, aylıq normadan 22 faiz çox. Bizim qurum, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda bu problemləri aradan qaldırmağa çalışırıq. Ən çox Neftçilər prospektində fəsadlar oldu. Bildiyiniz kimi Bakı amfiteatr formasındadır. Bütün sular axaraq orada toplanır. Bir yerdə istinad divarları uçdu. Bunun özü yağıntının çoxluğundan xəbər verir. Binəqədi şosesində isə ötən il yeni kollektorların qurulması səbəbindən hər hansı problem yaşanmadı".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !