“Azərsu” işçi axtarır

17:59 | 07.04.2015
“Azərsu” işçi axtarır

“Azərsu” işçi axtarır

"Azərsu” ASC kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

"Azərsu”nun məlumatına görə, tələb olunan peşələr avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru ixtisası üzrə olacaq.

Qeyd edək ki, maraqlananlar şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə 15 aprel 2015-ci il tarixədək [email protected] ünvanına göndərə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM