Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən binada baş verən yanğınla bağlı "Azərsu” ASC qərar qəbul edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayilli bildirib ki, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları "Azərsu” ASC-nin hesabına ödəniləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !