"Azərsu” ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib. Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:
"Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.
Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !