“Azərsu”dan Xətai sakinlərinə xəbər

18:26 | 26.11.2013
“Azərsu”dan Xətai sakinlərinə xəbər

“Azərsu”dan Xətai sakinlərinə xəbər

Xətai rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur. 

Bu barədə ANN.Az-a “Azərsu”dan məlumat verilib.

Binaların zirzəmilərində istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində binaların həyətindən keçməklə yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır.

 

Binadaxili su xətlərinin yenidən quraşdırılması su itkisinin və binaların zirzəmilərinə axan suların qarşısını almağa imkan verib. Dik dayaqların pilləkən qəfəslərinə çıxarılması və sayğaclaşma göstərilən xidmətin asanlaşması, dəqiq uçotun qurulması və nəhayət 100 faiz ödənişin təmin olunması ilə nəticələnib.

“+69 Şərq” və “+110 Şərq” su anbarı komplekslərində həyata keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu fasiləsiz su almaqla yanaşı, buradakı 33 məhəllədaxili nasos stansiyasından 25-nin fəaliyyəti dayandırılıb ki, bu da elektrik enerjisinə qənaət deməkdir.

“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, Xətai rayonu ərazisində 24 saatlıq rejimə keçidlə əlaqdəar binadaxili xətlərdə axıntı ilə rastlaşdıqda, hər hansı mənzildə suyun təzyiqi aşağı olduqda və ya yuxarı mərtəbələrə su qalxmadıqda Zəng Mərkəzinə (955 nömrəsinə) müraciət etsinlər.

 

Bütün işlər yekunlaşdıqdan sonra Xətai rayonunun 245 min sakininin 225 min nəfərinə və ya təqribən 92%-nə fasiləsiz su veriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti