"Azərsun Holdinq" və "Bazarstore" "Bakı 2015" -in rəsmi dəstəkçisi oldu

16:27 | 04.02.2015

"Azərsun Holdinq" və "Bazarstore" "Bakı 2015" -in rəsmi dəstəkçisi oldu

"Azərsun Holdinq"  və "Bazarstore" "Bakı 2015 Avropa Oyunları" tərəfindən rəsmi dəstəkçi elan edilib.

ANN.Az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov dəstəkçilərdən məmnunluq duyduğunu ifadə edib. O vurğulayıb ki, bu iki aparıcı Azərbaycan şirkətini Avropa Oyunlarının rəsmi dəstəkçisi kimi salamlamaq bizim üçün xoşdur:

"Azərsun Holdinq" və "Bazarstore" milyonlarla azərbaycanlının həyatının bir hissəsinə çevrilib  və onların dəstəyi "Bakı 2015 Avropa Oyunları"nın inkişafını davam etdirməyə kömək edəcək".

Qeyd edək ki, "Azərsun Holdinq" "Bakı 2015"-in loqosundan istifadə etmək, marketinq və təbliğat fəaliyyətində "Bakı 2015" brendini kompleks şəkildə əks etdirmək hüququna malikdir.  Eyni zamanda "Bazarstore" əhaliyə satış məqsədi ilə Bakı 2015 Avropa Oyunlarının bütün rəsmi merçendayzinq məhsullarını istehsal etmək hüququna malikdir.
"Bakı 2015 Avropa Oyunları" brendi Azərbaycan ərazisindəki bütün "Bazarstore" mağazalarında, şirkətin nəqliyyat vasitələrinin üzərində, mağazadaxili reklamlarında, işçilərin formalarında və reklam lövhələrində nümayiş etdiriləcək.

Tədbirin sonunda Gənclər və İdman nazirliyi, "Azərsun" və "Bazarstore" arasında dəstəkçiliyə dair müqavilə imzalanıb. Müqaviləni nazir Azad Rəhimov, "Azərsun Holdinq"in baş içraçı direktoru Savaş Uzan və "Bazarstore" idarə heyətinin üzvü Tahir Gözəl imzalayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti