Hər zaman həyata keçirdiyi sosial layihələr və humanitar yardım aksiyaları ilə ehtiyacı olanların köməyinə yetişən "Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb.
Bu dəfə adıçəkilən Şirkətlər Qrupu Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım əlini uzadıb. "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə qardaş ölkədə təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə 5 TIR ilkin tələbat, qida və qeyri-qida məhsulları göndərilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !