"Azərsu"yun sədr müavini Qaxda vətəndaşları qəbul edib

22:00 | 26.11.2022

"Azərsu"yun sədr müavini Qaxda vətəndaşları qəbul edib

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Qax və Şəkidən olan vətəndaşları qəbul edib.

Bu barədə qurumdan bildirilib.

Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM