«Azeryolservis» sürücülərə xəbərdarlıq etdi

12:31 | 16.01.2014
«Azeryolservis» sürücülərə xəbərdarlıq etdi

«Azeryolservis» sürücülərə xəbərdarlıq etdi

Bakı şəhərində Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşor qəsəbəsinə qədər olan hissədə yol qovşaqları, piyada keçidləri və yolun əsaslı təmir işləri aparılır.Bununla əlaqədar Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC sürücülərə müraciət edib. ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, ərazidə aparılan tikinti işləri ilə əlaqədar sürücülərdən yolun sağ və sol hissəsində nəqliyyat vasitələrinin saxlanılmaması xahiş olunur. «Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşor qəsəbəsinə qədər olan hissədə sürücülər yolun kənarında avtomobillərini saxladıqları üçün ərazidə təmir işlərini aparmaq mümkün deyil. Biz sürücülərdən nəqliyyat vasitələrini burada saxlamamağı xahiş edirik. Əks halda avtomobillər oradan cərimə meydançasına aparılacaq», - deyə P.Mürəsəliyev əlavə edib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM