“AZQTEL” MMC nizamnamə kapitalını artırıb

13:18 | 22.04.2014
“AZQTEL” MMC nizamnamə kapitalını artırıb

“AZQTEL” MMC nizamnamə kapitalını artırıb

Sazz 4G simsiz İnternet brendi ilə fəaliyət göstərən «AzQtel» MMC öz nizanamə kapitalını 800 manatdan 10 milyon manatadək yüksəltdi.Nizamnamə kapitalının artımı son 5 il ərzində cəmiyyətin təsisçiləri tərəfindən olunan investisiyalar sayəsində əldə edilən əsas vəsaitlər hesabına gərçəkləşib.Şirkət son bir il ərzində öz əhatə dairəsini və mövcud şəbəkəni əhəmiyyətli dərəcədə genişləndirməyə nail olub. İndi Sazz İnternetə paytaxt Bakı və Abşeron yarımadısnın əksər qəsəbələrindən başqa Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən. Qax, Quba, Qusar və Xaçmazda da qoşulmaq mümkündür.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM