2023-cü ildə bir əvvəllə müqayisədə "Azərbaycan Dəmir Yolları” QSC enerjidən istifadəni 5%, qazdan istifadəni 16%, sudan - 23%, karbon emissiyasini 9% azaltmağa nail ola bilib. Bunu Azərbaycan Dəmir Yolları QSC rəhbəri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, dəmir yollarının 2023-cü ildə karbon emissiyası 200 min ton təşkil edib.
Rüstəmov həmçinin bildirib ki, 2023-cü ildə 7,2 milyon sərnişin və 18 milyon ton yük elektrik enerjisi ilə çalışan qatarlarla daşınıb.
"Dəmir yolları proseslərin avtomatlaşdırması hesabına hədəfləri formalaşdırır. Hazırdabiletlər elektrolaşdırdıq, kağızdan imtina etdik. Bütün cəmiyyəti kağızsız iqtisadiyyata keçirməyə çağırırıq. Dəmir yolukarbon dəmiryollarının dekarbonizasiya ilə bağlı təşəbüscləri uzunmüddətliir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !