Azstatenet vasitəsilə 5 ayda 3 milyon 800 mindən çox zərərverici keçid bloklanıb

11:55 | 06.06.2024
Azstatenet vasitəsilə 5 ayda 3 milyon 800 mindən çox zərərverici keçid bloklanıb

Azstatenet vasitəsilə 5 ayda 3 milyon 800 mindən çox zərərverici keçid bloklanıb

Mərkəzləşdirilmiş Azstatenet təhlükəsizlik divarı vasitəsilə 5 ayda 3 milyon 800 mindən çox zərərverici keçid bloklanıb. Bunu "Dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

"Sandbox sistemi vasitəsilə isə 140 minə yaxın zərərverici tərkibli fayıl istifadəçilərə çatdırılmasının qarşısı alınıb",-  Məmmədov iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"-da çıxışı zamanı qeyd edib. 

O bildirib ki, informasiya təhlükəsizliyi auditləri və monitorinq nəticələri 2021, 2022, 2023 illərdə artmaqda davam edib. 

"Rəqəmsal tranformasiya ilə bağlı dövlət qurumlarında rəqəmsallaşma, informasiya sistemləri artdıqca bu sistemlərdə boşluqlar da artmaqdadır. Bu həm sistemlərin artma tempi, eyni zamanda yeni texnoloji inkişafla əlaqədar  müəyyən olunan yeni təhdidlərin çoxalması ilə bağlıdır. Bu artım tendensiyasını biz növbəti illərdə də görəcəyik.
Artıq 5 ayda 348 belə informasiya təhlükəsizliyi hesabatı dövlət qurumlarına göndərilib. Bu da ötən ilin 5 ayı ilə müqayisədə böyük rəqəm ifadə edir", - idarə rəisi vurğulayıb.

Məmmədovun sözlərinə görə, APT hücumların analizindən əldə olunmuş indiqatorları ilə son 5 ayda 366 bloklanma həyata keçirilib. 

"Onların 196-sı daxili monitorinq nəticəsində, 170 -i isə dövlət qurumlarından gələn instentlərin araşdırılması nəticəsində müəyyən olunaraq digər dövlət qurumlarında bloklanaraq mühafizəyə nail olunub", - o əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM