• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Mehriban Əliyevadan aztəminatlı ailələrə qurban payı - FOTO

Mehriban Əliyevadan aztəminatlı ailələrə qurban payı - FOTO
22.08.2018 10:42
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

Bu barədə unikal.org-a  Fondun Mətbuat xidmətindən məlumat verilib.

Layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibəti ilə təbrik edilir.

Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.

Qeyd edək ki, sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramlar və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Bununla yanaşı, respublik üzrə sosial yardım alan bütün ailələrə 2016-2018-ci illərdə Yeni il və Novruz bayramlarında Heydər Əliyev Fondunun sovqatları paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol