AzTV işçilərinın Cibuti məcaraları - VİDEO

22:14 | 19.04.2017
AzTV işçilərinın Cibuti məcaraları - VİDEO

AzTV işçilərinın Cibuti məcaraları - VİDEO

AZTV-nin iki əməkdaşının Cibutidən paylaşdığı video bir müddətdir ki, sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 10-da Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibutiyə humanitar yardım göndərib. Yardımı işıqlandırmaq üçün AZTV əməkdaşları da sözügedən ölkədə olub. Ancaq çəkilişi həyata keçirən operator Namiq Vəliyev və "İdman Azərbaycan” kanalının proqram direktoru Tural Həmidzadə sosial şəbəkədə paylaşdığı videoda Cibuti xalqını ələ salıb. Oranı "kasıbların az olduğu” ölkə kimi dəyərləndirib. Bu cür dəyərləndirmə isə videonu sosial şəbəkədə paylaşanların narazılığına səbəb olub.

İstiPress-in  verdiyi məlumata görə, məsələ ilə bağlı dövlət televiziyasının Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlanılıb.  O bildirib ki, sözügedən videodan xəbərdardırlar: "Rəhbərlik həmin şəxslərlə söhbət aparıb. Onlar ciddi şəkildə tənbeh ediliblər”.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM