Alışanovun 7200 manatlıq ödənilməyən cəriməsi üzə çıxıb
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
İstiPress-in "report”a istinadla verdiyi məlumata görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !