Azyaşlı bacılardan ÜRƏKDAĞLAYAN MÜRACİƏT: "Anamızı istəyirik" - Video

15:40 | 22.07.2019
Azyaşlı bacılardan ÜRƏKDAĞLAYAN MÜRACİƏT:

Azyaşlı bacılardan ÜRƏKDAĞLAYAN MÜRACİƏT: "Anamızı istəyirik" - Video

İki gündür sosial şəbəkələrdə iki azyaşlı qızın ürəkdağlayan videomüraciəti yayılıb.

Anews.az bildirir ki, azyaşlılar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayaraq uzun müddətdir "T hüceyrəli Kəskin Leykoz” xəstəliyindən əziyyət çəkən analarından bəhs ediblər. Onlar analarının yaşaması üçün təcili sümük iliyi əməliyyatı tələb olunduğunu, lakin maddi imkanlarının  çatmadığını bildiriblər. Uzun müddətdir uşaqlarından ayrı qalan ana isə hazırda İstanbulda "Acı Badem Altunzade” xəstəxanasında ölümlə mübarizə aparır.

Məlumata görə, "T hüceyrəli Kəskin Leykoz” xəstəliyində əziyyət çəkən Məmmədova Samirə Nürəddin qızı Kəlbəcər rayonundan məcburi köçkündür və müəllimə işləyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb