“Babu” adlı Azərbaycan-Belarus filmi çəkilib

22:00 | 07.01.2014
“Babu” adlı Azərbaycan-Belarus filmi çəkilib

“Babu” adlı Azərbaycan-Belarus filmi çəkilib

New Wave Production kinoşirkəti “Belarusfilm” Milli Kinostudiyası ilə “Babu” adlı birgə film çəkib.APA-nın məlumatına görə, bu barədə Belarus səfirliyinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən xəbərdə deyilir.Filmin yaxın zamanlarda Bakıda təqdimatının keçiriləcəyi bildirilir.“Babu” filmində azərbaycanlı oliqarxın Leyla adında olan 9 yaşlı qızının oğurlanmasından bəhs olunur. Qızı Azərbaycandan Avropaya aparırlar və bundan sonra atasını şantaj etməyə başlayırlar ki, o, neft yataqlarından imtina etsin. Bütün bunlar Belarusda baş verir. Leyla onu oğurlayan şəxslərdən qaça bilir. Rus dilində danışa bilməyən qızı milliyyətcə belarus olan yaşlı qadın tapır. Qadın nə etmək lazım olduğunu bilməsə də, uşağı öz evində saxlamaq qərarına gəlir və bunun məsuliyyətini dərk edir. Oğrular qadını tapır və onu öldürmək istəyir.Filmdə belaruslu və azərbaycanlı aktyorlar çəkilib – Tamara Mironova, Aleksandr Kaşperov, Andrey Duşeçkin, İqor Denisov, Mixail Kaminskiy, İlqar Həsənov, Kamran Ağabalayev və Nigar Əhmədova. Filmin çəkilişləri Belarus və Azərbaycanda aparılıb.

Qeyd edək ki, film artıq Belarus tamaşaçılarına təqdim olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM