ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə "Washington Post" qəzeti yazıb. Qəzet Livan rəsmilərinə istinadən belə bir məlumat dərc edib ki, Mallak Abdullah adına düzəldilmiş saxta pasportla ötən ilin noyabr ayında Livana daxil olmaq istəyən Səca Dileyminin yanında balaca qız uşağı olub. 5 yaşlı bu qızın Bağdadinin öz qızı olduğu bildirilir.
Digər ehtimallara görə, Səca Dileymi 6 il əvvəl Bağdadi ilə 3 aylıq nikaha girib və bu evlikdən onun bir qız uşağı olub. Livanlı rəsmilərin verdiyi məlumata görə, Səca da Bağdadi kimi İraqın sünni çoxluğunun yaşadığı Samirə şəhərindəndir. Ailəsinin böyük hissəsinin İŞİD-ə qoşulduğu Səzanın atası Suriyanın Humus şəhərindəki döyüşlər zamanı həlak olub.
Səca 6 il əvvəl Bağdadi ilə evlənməzdən əvvəl daha iki dəfə evli olub və 2 uşağı var. Hazırda 30 yaşlarında olan Səca cihadçı dünyagörüşə sahibdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !