Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şossesinin müasir layihə əsasında yenidən qurulmasına start verilib.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və RİH-də vətəndaşlarla görüş keçirilib. Hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prossesi gedir.
Məlumatda bildirilir ki, Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub.
Bununla əlaqədar RİH tərəfindən vətəndaşlara tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir. Eyni zamanda, Badamdar şossesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır. Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı şikayət daxil olmayıb. Hər bir söküntü işi, hər bir tikili ilə bağlı real vəziyyət aydınlaşdırılır və onlar barədə məlumatlar ictimaiyyətə açıqlanacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !