Badamdardakı sürüşmə hərəkəti iflic etdi - Ərazi lentə alınıb - Görüntülər

18:13 | 09.01.2020
Badamdardakı sürüşmə hərəkəti iflic etdi - Ərazi lentə alınıb - Görüntülər

Badamdardakı sürüşmə hərəkəti iflic etdi - Ərazi lentə alınıb - Görüntülər

Bu gün səhər saatlarında Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.
 
Sürüşmədən sonra Səbail Rayon İcra Hakimiyyətinin  başçısı Vüqar Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.
 
Anews.az xəbər verir ki, səhər saatlarında baş verən sürüşmədən sonra 20-ci sahəyə gedən yol tamamilə bağlanıb və istifadəyə yararsız vəziyyətə gəlib. Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sürüşmə zamanı yolun ortasına toplanmış torpaq qalıqlarının ətrafına qırmızı lentlər çəkilsə də qeyd olunan ərazidə hər hansısa bir bərpa işlərinin aparılmasına başlanılmayıb və alternativ yol olmadığı üçün sakinlər uçqunun üzərindən hərəkət edərək öz həyatlarını təhlükə altına atırlar.
 
Bibiheybət məscidinin yaxınlığında 25 noyabr 2019-cu il tarixində sürüşmə baş verərkən rəsmilər tərəfindən sürüşməyə səbəb kimi ərazidə qanunsuz tikililər göstərilmişdi, lakin üzərindən bu qədər zaman keçməsinə baxmayaraq potensial sürüşmə zonalarında hələ də tikintilər davam etdirilir.  
 




































Mahir Rüstəmli
Fotolar Müəllifindir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb