Sürüşmədən sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.
Anews.az xəbər verir ki, səhər saatlarında baş
verən sürüşmədən sonra 20-ci sahəyə gedən yol tamamilə bağlanıb və istifadəyə
yararsız vəziyyətə gəlib. Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları
tərəfindən sürüşmə zamanı yolun ortasına toplanmış torpaq qalıqlarının ətrafına
qırmızı lentlər çəkilsə də qeyd olunan ərazidə hər hansısa bir bərpa işlərinin
aparılmasına başlanılmayıb və alternativ yol olmadığı üçün sakinlər uçqunun
üzərindən hərəkət edərək öz həyatlarını təhlükə altına atırlar.
Bibiheybət məscidinin yaxınlığında 25 noyabr 2019-cu
il tarixində sürüşmə baş verərkən rəsmilər tərəfindən sürüşməyə səbəb kimi ərazidə qanunsuz
tikililər göstərilmişdi, lakin üzərindən bu qədər zaman keçməsinə baxmayaraq
potensial sürüşmə zonalarında hələ də tikintilər davam etdirilir.
Mahir Rüstəmli
Fotolar Müəllifindir
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !