Əmanətlərin
Sığortalanması Fondu ləğv prosesində olan "Atabank” ASC, "Amrahbank” ASC, "AG
Bank” ASC və "NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29
iyun 2020-ci il tarixinə "Kapital Bank” ASC və "Azərbaycan Beynəlxalq Bankı”
ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.
Ləğv prosesində olan "Atabank” ASC və "Amrahbank” ASC-nin əmanətçilərinə
kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar
nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli
pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan "AG Bank” ASC
və "NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il
tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !