Bahar Muradova: "Bizim sakit dayanmağa haqqımız yoxdur"

14:36 | 23.04.2015
Bahar Muradova:

Bahar Muradova: "Bizim sakit dayanmağa haqqımız yoxdur"

"Erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmalı və onların dediklərinin həqiqət olmadığını sübuta yetirməliyik". 

"Report” xəbər verir ki, bunu "Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda keçirilən konfransda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, hər kəs ilk növbədə tarixi faktları və real vəziyyəti nəzərə alınmalıdır: "Tarixi faktlar göstərir ki, ermənilərə qarşı heç bir soyqırım törədilməyib. Real vəziyyət isə bundan ibarətdir ki, Avropa dairələri artıq qondarma erməni "soyqırımı”nı tanımağa çalışırlar. Eyni zamanda bir sıra Avropa dövlətləri Türkiyənin regionda güclənməsindən ehtiyatlanaraq, erməni məsələsindən istifadə etməyə çalışırlar. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diasporalar vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün qondarma "soyqırımı” tanıyanların keçmiş nəsilləri vaxti ilə Osmanlı dövlətini işğal etmək istəyənlərdir: "Biz şəxsi işlərimizi kənara qoyaraq, daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq. Etiraf edək ki, ermənilərin qondarma "soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu proses başlanıb və davam edir. Buna görə də bizim sakit dayanmağa haqqımız yoxdur. Birlikdə bu işin qarşısını almalıyıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti