“İşğal altındakı torpaqlarımıza qayıdış uzaqda deyil”.APA-nın məlumatına görə, bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B. Muradova bildirib ki, Horadiz şəhərinin və 22 kəndin işğaldan azad edilməsi ilə nəticələnən döyüş insanların təfəkküründə, inamında böyük dönüşə səbəb oldu: “Horadiz döyüşü Azərbaycan ordusunun və xalqının nəyə qadir olduğunu göstərdi. Məhz bu döyüşdən sonra düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Torpaqlarımız azad ediləcək, şəhid olmuş hər bir insanımız, dağıdılmış hər bir mədəni-milli abidəmiz üçün düşmən cavab verəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !