Bahar Muradovadan sərt cavab

14:06 | 02.07.2014
Bahar Muradovadan sərt cavab

Bahar Muradovadan sərt cavab

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın Bakıdakı sesssiyası zamanı nümayəndələrinin ittihamlarına sərt cavab verib. ANS PRESS-in məlumatına görə, Bahar Muradova bir daha işğal edilən torpaqlara Azərbaycanın icazəsi olmadan səfər edənlərə viza verilməyəcəyini xatırladıb. “Viza məsələsi ilə bağlı burada gətirilən arqumentlə qətiyyən razı deyiləm. Viza ilə bağlı qadağa konkret şəxslərə yönəlir. Bu qərar Azərbaycanın sərhəd qanunlarını pozaraq Dağlıq Qarabağa səfər edən şəxslərə şamil edilir. Mən anlamıram niyə ikili standartlar bizim təşkilatda bu qədər üstünlük təşkil edir? Bir nümayəndəyə viza verilmədiyinə görə Azərbaycanda tədbirlərin keçirilməməsini təklif edirsiniz. Bütövlükdə dövlətə və Azərbaycan xalqına qadağa qoyulur. Belə standart olmaz. Həmkarlarımız məntiqli çıxış etsinlər. Təşkilatımızın daxili qaydalarını öyrənsinlər və belə təxribatlara yol verməsinlər”.Qeyd edək ki, Azərbaycan may ayında AŞPA vitse prezidenti Rene Rukeyenin vizasını ləğv etmişdi. Buna səbəb onun Azərbaycanın işğal edilən ərazilərinə qanunsuz səfəri olub. Bəzi nümayəndələri isə ATƏT PA-nın Bakıda keçirilən sessiyasında buna görə Azərbaycanı ittiham edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM