Bakı 5 ən populyar şəhərdən biri oldu - SİYAHI

17:59 | 08.12.2014
Bakı 5 ən populyar şəhərdən biri oldu - SİYAHI

Bakı 5 ən populyar şəhərdən biri oldu - SİYAHI

MDB-nin populyarlıq reytinqində Belarus, Ukrayna və Qazaxıstan liderlik edirlər.

Bakı 2014-cü ilin 5 ən populyar MDB şəhərləri sırasındadır: ən uzunmüddətli turist səfərləri Azərbaycan paytaxtına edilib. Rusiyanın otellərin online-bron Oktogo.ru servisi bildirib ki, o, 2014-cü ildə rusiyalıların səfərlərinə istinadən MDB-nin ən populyar şəhər və ölkələrini müəyyənləşdirib. MDB-nin Top-10 şəhərləri siyahısına rusiyalı turistlərin səfərinə əsasən Minsk, Kiyev və Almata liderlik edir.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, siyahıda ilk onluqda Bakı, İrəvan, Astana, Kişinyov, Daşkənd, Bişkek və Brest yer alır.   

MDB ölkələrindən turistlər arasında populyarlıqda liderlik Belarusa, Ukrayna və Qazaxıstana məxsusdur. Daha sonra Ermənistan, Azərbaycan, Moldova, özbəkistan və Qırğızıstan gəlir. Əgər Gürcüstan MDB-yə daxil olsaydı, gürcü paytaxtı – Tbilisi rusiyalılar arasında populyar şəhərlər beşliyinə daxil olardı.

Oktogo.ru reytinqi 2014-cü ildə rusiyalıların MDB ölkələrində mehmanxana bronlarına görə tərtib edilib. MDB-nin ən bahalı şəhəri Qazaxıstanın paytaxtı – Astana, ən büdcəyə uyğun şəhər isə qırğız paytaxtı Bişkek olub. Astanada rusiyalılar yaşayış üçün mehmanxanada orta hesabla sutka ərzində 194 dollar, Bişkekdə isə 69 dollar ödəyiblər. Tədqiqatda qeyd edildiyi kimi, 2014-cü ildə rusiyalılar MDB ölkələrinə 3,5 günlük gediblər, bu zaman sutka ərzində mehmanxana üçün 4,2 min rubl ödəyiblər. "MDB ölkələrinə İnternet vasitəsilə bron edərək, səyahət edən rusiyalıların sayı üç dəfə artıb. Ukraynaya rusiyalı turistlər iki dəfə az səyahət etməyə başlayıblar”, - Oktogo.ru əməliyyat xidmətinin rəhbəri Olqa Favarizova bildirib.

Oktogo.ru-nun statistikasə göstərir ki, 2014-cü ildə rusiyalıların ümumi səfərləri arasında MDB ölkələrindən Belarusa 32%, Ukraynaya – 21%, Qazaxıstana – 17%, Ermənistana – 9%, Azərbaycana – 8%, Moldovaya – 7%, Özbəkistana – 4% və Qırğızstana – 2% düşür.   

Öz istirahətlərini təşkil edən rusiyalı turistlər, Belorusiyayakeçən il orta hesabla 3 günlük gəlib və otellərdə yaşayış üçün 3,8 min rubl xərcləyiblər. Oktogo.ru-nun məlumatına görə, 2014-cü ildə MDB ölkələrindən ən uzunmüddətli səfərlər Azərbaycanın paytaxtı Bakıya olub. Orta hesabla 5 günlük, ən qısa isə səfərlər isə Belarusiyanın mədəni paytaxtı Vitebskə günyarımlıq səfərlər olub.

Rusiyalı turistlər arasında 2014-cü ildə ən populyar MDB ölkələrinin şəhərlərinin Top-10 reytinqi

1. Minsk
2. Kiyev
3. Alma-ata
4. Bakı
5. İrəvan
6. Astana
7. Kişinyov
8. Daşkənd
9.  Bişkek
10. Brest
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti