Bakı Atıcılıq Mərkəzinə FOTO tur - FOTOLAR

17:45 | 14.07.2014
Bakı Atıcılıq Mərkəzinə FOTO tur - FOTOLAR

Bakı Atıcılıq Mərkəzinə FOTO tur - FOTOLAR

Bütün Avropanın ən təcrübəli idmançıları tamamilə yeni və xüsusi məqsədlə tikilmiş Bakı Atıcılıq Mərkəzində öz qüvvələrini sınacaqlar. 
Təxminən 330 nəfər kişi və qadın idmançının ən yüksək ad uğrundakı mübarizəsi 7 gün davam edəcək. Medal qazanmağa namizəd şəxslər tüfəng, stend və güllə atıcılığı da daxil olmaqla, 19 fərdi və komanda yarışlarında medal qazanmaq imkanı əldə edəcəklər. 2016-cı il Rio Yay Olimpiya Oyunları üçün ümumilikdə cəmi 15 Olimpiya lisenziyası fərdi birincilik yarışlarının qaliblərinə təqdim olunacaq. Buna görə də, yarışların yüksək gərginlik ab-havasında keçəcəyi gözlənilir. Atıcılıq Mərkəzi təxminən 730 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyul tarixlərində keçirilməklə, ümumilikdə 17 yarış gününü əhatə edəcək.
Cəmilə İbrahimova
Foto: Elnur Nuriyev
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM