Bakı Avropanın ən romantik şəhərləri siyahısında

12:01 | 29.01.2015
Bakı Avropanın ən romantik şəhərləri siyahısında

Bakı Avropanın ən romantik şəhərləri siyahısında

Turistlər üçün "Travel.ru" portalı 14 fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib.

ANN.Az buro247.az-a istinadən xəbər verir ki, reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik həftəsonu üçün münasib olan 20 şəhəri yer alıb. Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adı çəkilib.

Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə Orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır. Reytinqə Riqa, İstanbul, Lyublyana, Tallinn, Praqa, Vyana və digər şəhərlər daxil olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM