“Bakı boks mərkəzlərindən birinə çevrilib” - Kəmaləddin Heydərov

12:37 | 21.01.2014
“Bakı boks mərkəzlərindən birinə çevrilib” - Kəmaləddin Heydərov

“Bakı boks mərkəzlərindən birinə çevrilib” - Kəmaləddin Heydərov

“Mən sizi yenidən Azərbaycan paytaxtı Bakıda görməyə şadam və sizə “xoş gəlmisiniz” deyirəm”.Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov deyib. Bu gün Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclası öz işinə başlayıb.Tədbirdə iştirak edən ABF rəhbəri bildirib ki, beynəlxalq idman yarışları və tədbirlərini ölkəmizdə keçirmək artıq xoş ənənəyə çevrilib: “Bununla bağlı bir çox yarışları qeyd etmək olar. Mən ölkəmizdə ilk dəfə keçiriləcək 2015-ci il I Avropa Oyunlarını xüsusilə qeyd etmək istərdim. Avropa Olimpiya Komitəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, bu mötəbər yarışı bizə həvalə etdi. Həmçinin, hamınıza yaxşı məlumdur ki, Bakı boks üzrə bir çox tədbir və yarışlara ev sahibliyi edib. Ümidvaram ki, 2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatının xoş xatirələri hələ də yaddaşlarınızdan silinməyib”.K.Heydərov qeyd edib ki, 3 il öncə paytaxtımızda keçirilən dünya çempionatının Azərbaycanda boksun inkişafında dönüş nöqtəsi olub və Bakı boks mərkəzlərindən birinə çevrilib: “AİBA bizə bir daha şərait yaratdı. Boks üzrə AİBA komissiyalarının iclasını Bakı şəhərində təşkil edilməsi bu inkişafın bariz nümunəsidir. AİBA rəhbərliyinə, prezidentinə, bütün AİBA ailəsinə təşəkkür edirəm. Əminəm ki, burda olduğunuz müddətdə sürətlə inkişaf edən Bakının yeni gözəllikləri ilə tanış olacaqsınız. Bakıya xoş gəlmisiniz”.Qeyd edək ki, iclas 3 gün davam edəcək. İlk 2 gündə komissiyalar ayrı-ayrılıqda, yanvarın 23-də isə birgə müzakirələr aparacaqlar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti